BMT: Yaxın Şərq müharibəsi humanitar təchizat zəncirlərini pozur
Birləşmiş Millətlər Təşkilatı (BMT) Yaxın Şərqdəki müharibə dərhal bitsə belə, qlobal humanitar təchizat zəncirlərinin 2027-ci ilə qədər bərpa olunmayacağını açıqlayıb.
Çağrı.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, ABŞ-İsrail arasında 28 fevralda İrana qarşı baş verən və münaqişəyə səbəb olan hücumlardan təxminən 100 gün sonra onun nəticələri Yaxın Şərqdən kənara çıxmaqdadır. Bunu BMT-nin Uşaq Fondunun (UNICEF) qlobal nəqliyyat və logistika şöbəsinin rəhbəri Jan-Sedrik Meus bildirib.
O, Cenevrədə keçirilən mətbuat konfransında bildirib: "Qlobal humanitar təchizat zəncirinin pozulması dünyadakı uşaqlara təsir göstərir. Beynəlxalq marşrutlar hələ də tıxacdadır və xərclər artır".
ABŞ və İran arasında həftələrlə davam edən dolayı danışıqlara, təhdidlərə və hava hücumlarına baxmayaraq, müharibə dayandırılmayıb və Fars körfəzindən neft və qaz tədarükünün əsas yolu olan Hörmüz boğazı bağlı qalır.
"Yaxın Şərq və Hörmüz boğazından təchizatların kəsilməsi ilə başlayan hadisələr birbaşa humanitar böhrana çevrilir", - Meus deyib.
Onun sözlərinə görə, davam edən gecikmələr və yüksək əməliyyat xərcləri UNICEF-i qlobal maliyyə böhranı fonunda "qeyri-mümkün seçim" ilə üz-üzə qoyur.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər