Telefon
WhatsApp
Bolqarıstan Ukraynaya silah tədarükünü artırmayacaq
300 X 250 Reklam Alanı

"Bolqarıstan tərəfi Ukrayna ordusuna əlavə silah tədarük etməyi planlaşdırmır".

Çağrı.az xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz artıq açıq şəkildə bildirmişik ki, Ukraynadakı müharibə döyüş meydanında həll olunmayacaq. Biz mövqe müharibəsi görürük və nə qədər silah tədarük olunmasından asılı olmayaraq, onlar yalnız ölüm hallarının artmasına səbəb olacaq. Danışıqlar masasına oturmağın vaxtıdır. Münaqişənin iki tərəfi tərəfindən müəyyən edilməli olan ədalətli sülh axtarmağın vaxtıdır. Əlbəttə ki, Avropa İttifaqının rolu vacibdir, amma vasitəçi kimi deyil, çünki o, bu müharibədə Ukraynaya kömək edir", - nazir qeyd edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!