Telefon
WhatsApp
Böyük qaydışın başlanğıcı - FOTOLAR
300 X 250 Reklam Alanı

02-03 aprel 2026–cı il tarixlərində, Akademik Zərifə Əliyeva adına Liseydə Aprel döyüşlərinin 10 illik ildönümünə həsr olunmuş “Böyük qayıdışın başlanğıcı” adlı tədbir keçirilib.

Çağrı.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlətçiliyi uğrunda canlarından keçərək əbədiyyətə qovuşan şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməklə və Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayıb. 

Aparıcılar Məmmədov Əli və Həsənli Xədicə Aprel döyüşlərinin bizim şanlı qələbəmiz, Zəfərin və böyük qayıdışın başlanğıcı olduğunu bildirib, döyüşlərdə Ordumuzun göstərdiyi qəhrəmanlıqların heç vaxt xalqımızın yadından çıxmayacağı haqqında məlumatla çıxış ediblər.

Tədbirdə Aprel döyüşləri və Vətən müharibəsi qazisi, əfsanəvi komandir, Vətən muharibəsi Qəhrəmanı Polkovnik-leytenant Mirdaməd Bağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi Polkovnik-leytenant Füzuli İsmayılov, 2016-cı il Aprel döyüşləri zamanı döyüşlərdə iştirak etmiş briqadalardan birinin komandiri, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Eldəniz Sadıqov, “Murov Qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanım, Aprel döyüşləri və Vətən müharibəsi qazisi, kəşfiyyatçı-mayor Elnur İsayev iştirak edib 

Şagirdlərin aprel döyüşlərinin qəhrəmanları – Milli Qəhrəman, Silahlı Qüvvələrin general-mayoru Polad Həşimov, Milli Qəhrəman, Silahlı Qüvvələrin polkovniki Şükür Həmidov, Vətən Müharibəsi Qəhrəmanı, Silahlı Qüvvələrin polkovnik-leytenantı Mirdamət Bağıyev, Milli Qəhrəman, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev, Silahlı Qüvvələrin polkovnik-leytenantı Raquf Orucov, Milli Qəhrəman, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanov, Milli Qəhrəman, Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurov –haqqında hazırladıqları təqdimatlar maraqla dinlənilib. 

Daha sonra Aprel döyüşlərinin iştirakçıları – Vətən Müharibəsi Qəhrəmanı, Silahlı Qüvvələrin polkovnik-leytenantı Mirdamət Bağıyev, 2016-cı il Aprel döyüşləri zamanı döyüşən briqadanın komandiri, polkovnik Eldəniz Sadıqov və Silahlı Qüvvələrin polkovnik-leytenantı şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc xanım çıxış ediblər. 

Tədbirdən əvvəl Sevinc xanım şəhid Raquf Orucovun adını daşıyan sinfin şagirdləri ilə görüşüb, onlarla səmimi söhbət edib və qəhrəmanımız haqqında yazılmış kitablar hədiyyə verib.

Sonra liseyin komandaları arasında Hərbi Bilik Yarışmasının final mərhələsi keçirilib. I yeri “Hippokrat”, II yeri “103”, III yeri “Mübariz” komandaları tutublar.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov və liseyin direktoru Fərqanə xanım İsayeva çıxış ediblər. Qaliblər mükafatlandırılıblar, xatirə şəkili çəkilib. 

Həmçinin qonaqlar şagirdlərin suallarına cavab veriblər.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!