Britaniya kralı III Çarlz ABŞ-a səfər edəcək
Böyük Britaniya kralı III Çarlz ABŞ tərəfinin dəvəti ilə apreldə Vaşinqtona dövlət səfəri edəcək.
Çağrı.az xəbər verir ki, bu barədə Bukinhem sarayının mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, səfər ABŞ-ın Böyük Britaniyadan müstəqillik əldə etməsinin 250 illiyinə həsr olunacaq. Səfər zamanı onu həyat yoldaşı, kraliça-konsort Kamilla müşayiət edəcək.
"Əlahəzrətlərin proqramı Böyük Britaniya ilə ABŞ arasındakı tarixi əlaqələrə və müasir ikitərəfli münasibətlərə həsr ediləcək. Kral monarx kimi Britaniyanın dənizaşırı ərazisinə ilk səfərini həyata keçirmək üçün Bermud adalarına yollanacaq", - məlumatda bildirilir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniya kralı III Çarlzın ABŞ səfəri aprelin 27-dən 30-dək baş tutacaq.
0 Şərh
Şərh Göndər
Trend Xəbərlər
Yazarlar
-
- Mübariz Yunus
- 20 Mart 2026, 00:29
Redaktor seçimi
Anket
Sorğunun Nəticəsi
Sual:




Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: