Britaniya müdafiəyə qoyulan investisiyanı 19,8 milyard dollar artıracaq
Birləşmiş Krallıq müdafiəyə əlavə 15 milyard funt sterlinq (19,8 milyard dollar) ayıracaq.
Çağrı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Naziri Reyçel Rivz müdafiə investisiya planını təqdim edərkən bildirib.
"Dünya dəyişib və milli təhlükəsizlik iqtisadi təhlükəsizlik deməkdir. Bu gün biz müdafiə xərclərini daha da artırırıq. Hökumətin xərc prioritetlərinin nəzərdən keçirilməsi çərçivəsində əlavə 15 milyard funt sterlinq ayrılacaq", - deyə Rivz bildirib.
Rivzdən sonra kürsüyə çıxan Baş nazir Keir Starmer əlavə edib: "Buna görə də, növbəti dörd il ərzində müdafiəyə təxminən 300 milyard funt sterlinq xərcləyərək yeni bir rekord qırırıq, Silahlı Qüvvələrimizi və milli təhlükəsizliyimizi gücləndiririk".
"The Daily Telegraph" qəzeti qeyd edib ki, elan edilən investisiyalara baxmayaraq, Böyük Britaniya müdafiə xərclərinə görə hələ də əsas NATO ölkələrindən geri qalacaq. Nəşr əlavə edir ki, Böyük Britaniyanın müdafiə xərcləri 2030-cu ilə qədər ÜDM-in 2,69%-nə çatacaq. Müqayisə üçün, Almaniya həmin ilə qədər müdafiəyə ÜDM-in 3,7%-ni, İsveç isə 3,5%-ni xərcləməyi planlaşdırır.





Oxşar
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
İnvestorları narahat edən əsas risklər