Telefon
WhatsApp
Britaniya Ukraynanın bərpası üçün əlavə 380 milyon dollar ayırıb
300 X 250 Reklam Alanı

Böyük Britaniya hökuməti Ukraynanın yenidən qurulması üçün əlavə 290 milyon funt sterlinq (380 milyon dollar) ayır;b/

Çağrı.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib.

Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, yeni yardım paketinə Ukraynanın dövlətə məxsus Energoatom şirkətinə nüvə yanacağı tədarük etmək üçün Britaniyanın Urenco şirkəti ilə 210 milyon funt sterlinqlik müqavilə daxildir.

Bundan əlavə, Britaniya tərəfi Ukraynada bərpa olunan enerji və bank layihələrinə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə 65 milyon funt sterlinqə qədər vəsait ayıracaq.

"Bu investisiyalara iki külək elektrik stansiyasının tikintisi və Lvov Bankı vasitəsilə biznes dəstəyi daxildir", - deyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!