Bu gün nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.
Çağrı.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, monitorinq çərçivəsində mayın 13-də saat 10:00–14:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.
Qeyd olunub ki, monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixdə səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.
"Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil olub çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur", - şirkətdən əlavə olunub.





Oxşar
Rubio Mərkəzi Asiya ölkələrinə səfər edəcək
Budapeşt və Kiyev razılığa gəldi
MI6 kəşfiyyatının keçmiş rəhbəri vəfat edib
İran və ABŞ əlaqələrini kəsməyib - Əraqçi
ABŞ Qrenlandiyanı əldə etmək fikrindən əl çəkməyib - Rubio
Küveyt hava limanına Patriot raketi atılıb
İDDİA: Tramp və Netanyahu İranla bağlı fikir ayrılığına düşüblər
Zelenski Putinlə "elə indi" birbaşa danışıqlara hazır olduğunu açıqlayıb