Bu il Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 mərkəz yaradılacaq
Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 mərkəz yaradılacaq.
Çağrı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, ETX-nin Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (N-SOC), Milli Kiberinsidentlərə qarşı Mübarizə Mərkəzinin (N-CERT) və rəqəmsal sahədə təhqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəzin yaradılması planlaşdırılır. Bu, ETX-yə ölkədə baş vermiş insidentlərin toplanılması və kateqoriyalar üzrə cavab reaksiyalarının verilməsi fəaliyyətinin koordinasiya etməyə imkan verəcək.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: