Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib
Rusiya-Ukrayna münaqişəsi başqa region ölkələrinə, qlobal mənada ciddi təhdid yaradır.
Çağrı.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Azərbaycan və digər qardaş ölkə vətəndaşlarına müraciət edərək demək istəyirəm ki, hərbi münaqişə zonalarında uzaq dursunlar", - nazir vurğulayıb.
O, üç gün bundan öncə Azovda iki gəmiyə dron hücumu zamanı 4 Azərbaycan vətəndaşının həlak olması, dördünün yaralandığını xatırladıb və qeyd edib ki, savaş davam etdikcə belə hallardan sığortalanmaq mümkün deyil.
Ceyhun Bayramov bildirib ki, hərbi münaqişələrin təsirlərini müəyyən coğrafi çərçivədə saxlamaq olduqca çətindir.
Nazir qeyd edib ki, Azərbaycan hər zaman müharibələrin dayandırılmasının, atəşkəsə nail olunmasının və problemlərin diplomatik-siyasi yollarla həllinin vacibliyini vurğulayır.
C.Bayramov beynəlxalq ictimaiyyətin münaqişələrin dinc yolla həlli istiqamətində səylərini artırmasının vacibliyini diqqətə çatdırıb.
"Onu tam bir coğrafiya daxilində, hansısa qaydalar şərtində saxlamaq və proqnozlaşdırmaq çətindir. Azərbaycan dövləti olaraq savaşın dayanması, onun diplomatik və siyasi həllinin tapılması, ilkin mərhələdə atəşkəsin əldə edilməsi, daha sonra davamlı sülh üçün addımların önəmini qeyd edirik".





Oxşar
Zakir Həsənov Pakistana başsağlığı verib
"Hakim partiyanın nəticələri əvvəlki illərlə müqayisədə zəifləmə kimi dəyərləndirilir" - ŞƏRH
Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib
Ceyhun Bayramov: Türkiyə və gürcüstanlı həmkarlarla yeni layihələr müzakirə edilib
Azərbaycan XİN İsveçi təbrik edib
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib