Ceyhun Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqi müzakirə etdi
2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi arasında telefon danışığı aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub.
Tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd edərək, mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Nazirlər mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və humanitar vəziyyətin ağırlaşmasının qarşısının alınmasının prioritet əhəmiyyət daşıdığını bildirib, regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Oxşar
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Türkiyəli deputatlar Milli Məclisdə olublar
Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik edib
Tramp: İyunda Azərbaycanla Ermənistan arasında keçiriləcək sülh müzakirələrini səbirsizliklə gözləyirik
San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib