Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
Çağrı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Bölgədə gərginliyin artmasından narahatlıq ifadə olunaraq vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyi qeyd edilib.
Bu çərçivədə region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin, habelə qonşu ölkələrin hədəf alınmamasının zəruriliyi vurğulanıb.
Telefon danışığı zamanı regional və beynəlxalq gündəliyin digər aktual məsələləri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Bununla yanaşı, nazirlər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?