Ceyhun Bayramov: Türkiyə və gürcüstanlı həmkarlarla yeni layihələr müzakirə edilib
Azərbaycan, Türkiyə, Gürcüstan XİN başçıları üç ölkə arasında yeni layihələri müzakirə edib.
Çağrı.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, üç ölkə arasında hazırda həyata keçirilən layihələrin cari vəziyyəti müzakirə olunub:
"Hazırkı dönəmdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr barədə geniş fikir mübadiləsi apardıq. Ortaq çağırışlar nəzərə alındı".
Nazir qeyd edib ki, beynəlxalq və region səviyyədə olan münaqişələr, artan gərginlik fonunda bölgəmizin neqativ tendensiyalardan kənar qalması real deyil.
Onun sözlərinə görə, bunun nəticələri görünür:
"Ona görə də üç ölkənin bu sahədə koordinasiyalı şəkildə addımlar atması xüsusi önəm daşıyır".





Oxşar
Zakir Həsənov Pakistana başsağlığı verib
"Hakim partiyanın nəticələri əvvəlki illərlə müqayisədə zəifləmə kimi dəyərləndirilir" - ŞƏRH
Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib
Ceyhun Bayramov: Türkiyə və gürcüstanlı həmkarlarla yeni layihələr müzakirə edilib
Azərbaycan XİN İsveçi təbrik edib
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib