Çin: ABŞ zərbələri dayandırmalıdır
“İran nüvə silahı hazırlamır, ABŞ və İsrail zərbələri dayandırmalıdır”.
Çağrı.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.
Diplomat bildirib ki, İran nüvə silahı inkişaf etdirmək niyyətində olmadığını dəfələrlə təsdiqləyib və bu yaxınlarda ABŞ ilə ciddi və səmimi danışıqlar aparıb.
“Beynəlxalq nüvə silahının yayılmaması rejimini qorumaq və Yaxın Şərqdə və dünyada sülh və sabitliyi təmin etmək üçün hərbi əməliyyatlara dərhal son qoyulmasını, mümkün qədər tez dialoq və danışıqların bərpa olunmasını tələb edirik”, - Ninq qeyd edib.
Sözçü həmçinin ABŞ və İsrailin danışıqlar zamanı İrana hücum etdiyini və bununla da beynəlxalq hüququ pozduğunu, həmçinin Yaxın Şərqdə gərginliyin artmasına səbəb olduğunu xatırladıb. O, əlavə edib ki, Pekin İranın nüvə məsələsinin dialoq və danışıqlar yolu ilə sülh çərçivəsində həllini daim dəstəkləyir və Tehranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə hüququna hörmətlə yanaşır.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: