Çin Hörmüz boğazından gəmilərin keçidini bərpa etməyə çağırıb
"Çin Hörmüz boğazından gəmilərin maneəsiz keçidinin tezliklə bərpa olunmasına çağırır".
Çağrı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian brifinqdə bildirib.
O qeyd edib ki, Çin Hörmüz boğazında davam edən münaqişə səbəbindən boğazda qalmış çox sayda gəmi və onların heyəti ilə bağlı dərin narahatlığını ifadə edir: "Çin hesab edir ki, boğazdan maneəsiz keçidi tez bir zamanda bərpa etmək və mülki gəmilərin və onların heyətinin təhlükəsizliyini təmin etmək regional dövlətlərin və beynəlxalq ictimaiyyətin ortaq maraqlarına uyğundur".
Diplomat həmçinin tərəfləri Hörmüz boğazında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün konkret tədbirlər görməyə çağırıb.
CNN əvvəllər təxminən 1600 tanker və digər gəmilərin hazırda Hörmüz boğazı yaxınlığında olduğunu və oradan keçə bilmədiyini bildirmişdi.
Mayın 5-də ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranla sövdələşmə üzrə danışıqların uğurla başa çatacağı və razılaşmanın bağlanacağı barədə məlumat alana qədər Hörmüz boğazından gəmilərin tranzitini təşkil edən "Azadlıq Layihəsi" əməliyyatını dayandırmaq qərarına gəldiyini açıqladı. O qeyd edib ki, ABŞ Pakistan və digər ölkələrdən müvafiq sorğu alıb.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər