Telefon
WhatsApp
Çin XİN ABŞ-ın ittihamlarına cavab verib
300 X 250 Reklam Alanı

"Çin qanunsuz balıqçılıqla məşğul olmur və ABŞ-ın bu cür ittihamlarını siyasi manipulyasiya hesab edir".

Çağrı.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib.

"ABŞ-ın daxili qanunvericiliyinə əsaslanaraq verdiyi sözdə nəticə obyektiv faktlarla ziddiyyət təşkil edir və beynəlxalq hüquqda heç bir əsası yoxdur. Onun məqsədi Çin dəniz balıqçılığının inkişafına qəsdən mane olmaqdır", - deyə Ciakun brifinqdə ABŞ hakimiyyət orqanlarının Çini qanunsuz balıqçılıqda ittiham etdiyi hesabatı şərh edərkən bildirib.

O, Vaşinqtonun bu cür ittihamlarının "açıq-aşkar siyasi manipulyasiya" təşkil etdiyini və Pekinin buna qəti etiraz etdiyini vurğulayıb. Siyasətçi Çinin qanunsuz balıq ovunun qarşısını almaq üçün məsuliyyətli bir yanaşma tətbiq etdiyini və bu cür qanun pozuntularına "sıfır tolerantlıq" göstərdiyini bildirib.

“Eyni zamanda, ABŞ qanunsuz balıq ovu, dəniz ehtiyatlarının məhv edilməsi və dəniz mühitinin çirklənməsi ilə bağlı kifayət qədər bədnam bir nüfuza malikdir”, - deyə Ciakun əlavə edib.

O, nümunə olaraq ABŞ-ın icazə verilən balıq ovu kvotasını aşdığı halları göstərib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!