Çinin Müdafiə Nazirliyi Filippinə etiraz etdi
Çin Xalq Azadlıq Ordusu Cənubi Çin dənizində Çinin özününkü hesab etdiyi adalarda tikinti işləri ilə bağlı Filippinə etiraz edib.
Çağrı.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Bin bildirib.
O, Çin Müdafiə Nazirliyinin WeChat səhifəsində qeyd edib: "Biz Filippinin qanunsuz olaraq ələ keçirilən Çin adaları və riflərində, o cümlədən Çjonqye (Thitu) və Mahuan adalarında tikinti fəaliyyətlərinə qəti şəkildə qarşı çıxırıq və onun ərazi suverenliyini, dəniz hüquqlarını və maraqlarını qorumaq üçün lazımi tədbirləri görəcəyik".
Bin Filippinin Pekinin özününkü hesab etdiyi Nanşa (Spratli) adaları yaxınlığındakı Cənubi Çin dənizində infrastrukturu modernləşdirdiyini təsdiqləyən peyk məlumatlarına münasibət bildirib. O, Çinin adalar və bitişik sular üzərində suverenliyə malik olduğunu vurğulayıb.
Pekin onilliklərdir ki, Cənubi Çin dənizində əhəmiyyətli karbohidrogen ehtiyatlarının aşkar edildiyi müəyyən zonaların mülkiyyəti ilə bağlı bir neçə ölkə ilə mübahisələr aparır. Bunlara Parasel adaları (Xişa), Nanşa adaları və Huanyan rifi (Skarboro) daxildir. Bu mübahisələr Bruney, Vyetnam, Malayziya və Filippinlə bağlıdır.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər