Telefon
WhatsApp
Cinpin Şimali Koreyaya səfər edə bilər
300 X 250 Reklam Alanı

Çin prezidenti Si Cinpin gələn həftə Şimali Koreyaya səfər edəcək.

Çağrı.az xəbər verir ki, bu barədə "Renhap" agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb. 

Yüksək vəzifəli hökumət rəsmisi agentliyə bildirib: "Prezident Si Cinpinin tezliklə Şimali Koreyaya səfər edəcəyinə dair kəşfiyyat məlumatları almışıq".

Digər həmsöhbətin sözlərinə görə, Çin Xalq Respublikası sədrinin Şimali Koreyaya səfərinin bu ayın sonunda və ya gələn ayın əvvəlində baş tutma ehtimalı yüksəkdir.

Başqa bir hökumət mənbəyi agentliyə bildirib ki, Çin lideri Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdə vasitəçi rolunu öz üzərinə götürməyə cəhd edə bilər.

Onun sözlərinə görə, Cənubi Koreya prezidenti Li Ce Myon yanvar ayında Çinə dövlət səfəri zamanı Si Cinpindən Koreyalararası münasibətlərdə vasitəçilik etməyə kömək etməsini istəyib və Çin lideri bu xahişə müsbət cavab verib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!