Telefon
WhatsApp
CNN: İran ABŞ ilə dialoqu bərpa etmək üçün Livanda atəşkəs zəmanəti tələb edir
300 X 250 Reklam Alanı

İran İsveçrədə ABŞ ilə danışıqların bərpası üçün şərt olaraq Livanda hərbi əməliyyatların dayandırılmasına zəmanət istəyib.

Çağrı.az xəbər verir ki, bu barədə "CNN" diplomatik mənbəyə istinadən məlumat yayıb.

"İran tərəfi imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq Livanda hərbi əməliyyatların dayandırılmasına zəmanət tələb edib", - məlumatda bildirilib.

Əlavə edilib ki, vasitəçilər hazırda bu məsələni həll etmək üçün çalışırlar.

Mənbə qeyd edib ki, planlaşdırılan danışıqlar İsrailin Livana hücumlarından sonra müvəqqəti olaraq təxirə salınıb, lakin vasitəçilərin danışıqların nə vaxt bərpa olunacağını gözlədiklərini dəqiqləşdirməyib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!