Telefon
WhatsApp
Çölçü Mədəni İrsin İnkişafı İctimai Birliyi tanıtım tədbiri keçirdi
300 X 250 Reklam Alanı

  

Çölçü Mədəni İrsin İnkişafı İctimai Birliyi tanıtım tədbiri keçirdi

 

ÇAĞRI.az saytının məlumatına əsasən, Çölçü Mədəni İrsin İnkişafı İctimai Birliyi səhər yeməyi formatında təşkil olunan tanıtım tədbiri ilə fəaliyyət istiqamətlərini ictimaiyyətə təqdim edib.

Tədbirdə ictimai xadimlər, media nümayəndələri, yazıçı və publisistlər, elm adamları, eləcə də çölçülük düşüncəsini milli-mənəvi dəyər kimi qəbul edən ziyalılar iştirak ediblər.

Tədbirin açılış nitqi ilə çıxış edən Birliyin sədri Eltən Qədimbəyli (Törəçi) çölçülük məfkurəsinin tarixi köklərindən, Türk düşüncə sistemindəki yerindən və milli-mənəvi dəyərlərin yaşadılmasındakı rolundan danışıb. O bildirib ki, Çölçü Mədəni İrsin İnkişafı İctimai Birliyi Azərbaycanın zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub.

WhatsApp Image 2026-07-12 at 16-35-02 (1)WhatsApp Image 2026-07-12 at 16-37-58 (2)

Tanıtım görüşündə Azərb aycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, yazıçı-publisist Əkbər Qoşalı, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuad Kayhan, iş adamı və MÜSAD məşvərət şuradının üzvü Rəşad Cabirli və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda milli-mədəni irsin qorunmasının, cəmiyyətin tarixi yaddaşının möhkəmləndirilməsinin və bu istiqamətdə fəaliyyət göstərən ictimai təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, belə platformalar milli kimliyin möhkəmlənməsinə, ictimai həmrəyliyin güclənməsinə və mədəni dəyərlərin təbliğinə mühüm töhfə verir.

Səmimi fikir mübadiləsi şəraitində keçən tədbir iştirakçılar arasında qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!