DMM-dən sərt açıqlama: Sosial mediada Ərdoğanın adından yayılan ifadələr yalandır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından sosial mediada İran və Livana hücumla bağlı yayılan ifadələr yalandır.
Çağrı.az xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
"Bəzi sosial media platformalarında paylaşılan və Prezident Rəcəb Tayyib Ərdoğana aid edilən ‘‘İrana və ya Livana bir hücum olarsa, bunu Türkiyəyə hücum hesab edərik" "ifadələri tamamilə əsassızdır", - məlumatda bildirilib və əlavə edilib ki, Türkiyə bölgədə yaşanan son gərginlik və qarşıdurmalarda sülhü, rifahı və təhlükəsizliyi müdafiə edən konstruktiv mövqe nümayiş etdirib:
Sözügedən əsassız iddiaların məqsədi; Türkiyənin regional sülhün qurulmasındakı qabaqcıl roluna kölgə salmaq, ölkəmizi qarşıdurma və böhran mühitlərinə cəlb etmək, beynəlxalq ictimaiyyətdə yanlış bir qavrayış yaradaraq dezinformasiya üzərindən siyasi manipulyasiya etməkdir.
Qəsdən və mütəşəkkil şəkildə müəyyən bir mənbədən yayılan bu cür manipulyativ paylaşımlara, qara təbliğat fəaliyyətlərinə və psixoloji müharibə taktikalarına etibar edilməməsi; yalnız rəsmi kanallardan verilən açıqlamaların nəzərə alınması böyük əhəmiyyət kəsb edir.
Həqiqətə uyğun olmayan iddialara qarşı mübarizəmiz qətiyyətlə davam edəcək.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər