Donald Tramp İlham Əliyevi təbrik edib
ABŞ Prezidenti Donald Tramp 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Çağrı.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Müstəqillik Gününüz münasibətilə Sizi və əziz Azərbaycan xalqını təbrik etmək istəyirəm.
2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri biz münasibətlərimizi yenidən canlandırmaq üçün birlikdə çalışmışıq və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Sizinlə Strateji Tərəfdaşlıq Xartiyamızı imzalamışdır. Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik.
Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir. Ötən ilin avqust ayında parafladığınız sülh sazişinin irəlilədirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər, həmçinin sərhədlərin delimitasiyası üzrə davam edən proses, 2026-cı ilin yanvar ayında dörd erməni məhbusun azad olunması, Ermənistana yanacaq tədarükü və hər iki ölkənin vətəndaş cəmiyyətlərini bir araya gətirən "Sülh Körpüsü" təşəbbüsü bizi ruhlandırır.
Biz strateji tərəfdaşlığımızı gələcək illərdə və onilliklərdə daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik.
Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram".





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?