Dövlət Gömrük Komitəsi Elçin Quliyevi cərimələdi
Dövlət Gömrük Komitəsi Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevi cərimələyib.
Çağrı.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Dövlət Gömrük Komitəsi (DGK) "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü (gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) maddəsi ilə protokol tərtib edib.
Belə ki, "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən Türkiyə Respublikasından gətirilən "diri atlar” yükü 77JN741/10ZC374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə keçirilib. Lakin həmin yükə dair sorğu nömrəli gömrük bəyannamələri gömrük orqanına təqdim edilməyib.
Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, idxal olunan yüklərə dair gömrük bəyannaməsi 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Nəticədə "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədib.
İşə məhkəmədə baxılıb.
Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati icraat aparılan "Azərbaycan Respublikasının Atçılıq Federasiyası”nın rəhbərliyinə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndələr iştirak etməyib, səbəb barədə məhkəməyə məlumat verilməyib.
Məhkəmənin qərarına əsasən, "Atçılıq Federasiyası” İctimai Birliyinin rəhbəri Elçin Quliyev İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 300 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2009-cu ildən "Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İctimai Birliyinin prezidenti və qanuni təmsilçisidir.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: