Elçin Əmirbəyov: Azərbaycan-İtaliya enerji əməkdaşlığının əhəmiyyəti artır
"Azərbaycan ilə İtaliya arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb".
Çağrı.az xəbər verir ki, bunu İtaliyanın Formiche.net portalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O bildirib ki, geosiyasi qeyri-sabitlik dövründə əsas məsələ təkcə enerji məhsullarına əlçatanlıq deyil, həm də təchizat marşrutlarının etibarlılığı və təhlükəsizliyidir:
"Bu baxımdan Azərbaycan uzun müddətdir İtaliya üçün etibarlı tərəfdaş kimi özünü sübut edib. 2025-ci ildə Azərbaycan TAP vasitəsilə İtaliyaya 9,5 milyard kubmetr qaz tədarük edib və bu, İtaliyanın ümumi qaz idxalının təxminən 16 faizini təşkil edib. TAP-ın fəaliyyətə başlamasından etibarən İtaliyaya 42 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Bu, TAP-ın təkcə kommersiya uğuru deyil, həm də İtaliyanın enerji dayanıqlığının strateji sütunu olduğunu göstərir.
Eyni zamanda, bu tərəfdaşlıq yalnız ikitərəfli səviyyədə əhəmiyyətli deyil. Azərbaycan bu gün ümumilikdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv dövlətlərə 12,5 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2021-ci illə müqayisədə 53,8 faiz çoxdur. Bu, Cənub Qaz Dəhlizinin artıq Avropa üçün əsas şaxələndirmə marşrutlarından birinə çevrildiyini göstərir".





Oxşar
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Türkiyəli deputatlar Milli Məclisdə olublar
Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik edib
Tramp: İyunda Azərbaycanla Ermənistan arasında keçiriləcək sülh müzakirələrini səbirsizliklə gözləyirik
San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib