Ermənistan Türkiyə və Azərbaycan sərhədlərində dəmir yolu xətlərini bərpa edir - Paşinyan
"Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərə aparan dəmir yollarının hissələrini müstəqil şəkildə bərpa etməyə başlayıb və Cənubi Qafqaz Dəmir Yolu (CQD) ilə hüquqi məsləhətləşmələr aparır".
Çağrı.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
"Biz artıq Gümrü-Axurik dəmir yolunun (Türkiyə ilə sərhədə qədər – red.) və Eresxe yaxınlığındakı (Azərbaycanla sərhəddə – red.) hissələrinin bərpasına yönəlmiş proseslərə başlamışıq və bu işləri həyata keçiririk. Qalan hissələrlə bağlı, o cümlədən rusiyalı həmkarlarımızla işgüzar müzakirələri davam etdirəcəyik və mövqelərimiz dəyişməyib və dəyişməyəcək", - deyə o bildirib.
Lakin Baş nazir bu hissələrin Cənubi Qafqaz Dəmir Yolu konsessiyasından çıxarılıb-çıxarılmayacağına birbaşa cavab verməyib.
“Bunlar bizim dəmir yollarımızdır, bizim mülkiyyətimizdir və biz mülkümüzü idarə etməliyik. Təfərrüatları verə bilmərəm, çünki bu məsələlər hüquqi məsləhətləşmələr və işçi müzakirələr yolu ilə həll olunmalıdır. Deyə bilərəm ki, Cənubi Qafqaz Dəmir Yolu bütün bu proseslərdə iştirak edir və onlar baş verənlərdən xəbərdardırlar”, - deyə Paşinyan bildirib.





Oxşar
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
İnvestorları narahat edən əsas risklər