Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Çağrı.az xəbər verir ki, bu ölkəyə 4 vaqondan ibarət çəkisi 279 ton olan taxıl, 3 vaqondan ibarət çəkisi 203 ton olan gübrə göndərilib.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1 600tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?