Ermənistanda Karapetyanın yeddi tərəfdarı həbs edilib
Ermənistan İstintaq Komitəsi (İK) rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" blokunun yeddi tərəfdarına qarşı Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının seçki kampaniyasını pozmağa cəhd etdiklərinə görə məhkəməyəqədər həbs qətimkan tədbirinin tətbiq olunduğunu elan edib.
Çağrı.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan TASS-a bildirib.
"Altı nəfər həbsdə saxlanılıb, biri isə ev dustaqlığına buraxılıb. Daha üç nəfərin məhkəmə iclasları hələ baş tutmayıb", - deyə o, həbs müddətini dəqiqləşdirmədən bildirib.
Mayın 17-də Ermənistanın İstintaq Komitəsi Noraşen və Metsavan kəndlərində Vətəndaş Müqaviləsi partiyasının seçki kampaniyasını pozmaq cəhdi ilə bağlı cinayət işi ilə əlaqədar Güclü Ermənistan blokunun 10 tərəfdarının həbs olunduğunu bildirib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər