Estoniyada NATO-nun yeni komandanlıq mərkəzi yaradılıb
Alman-Hollandiya Korpusu Latviya və Estoniyada yerləşən NATO qüvvələrinin komandanlığını öz üzərinə götürərək bölgədə yeni taktiki qərargah yaradıb.
Çağrı.az xəbər verir ki, bu barədə "DPA" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, rəsmi mərasim Estoniya-Latviya sərhədindəki Valqada Almaniyanın müdafiə naziri Boris Pistoriusun iştirakı ilə baş tutub.
Almaniya Müdafiə Nazirliyi bununla bağlı qeyd edib ki, Almaniya və Hollandiya NATO-nun şərq cinahında çəkindirmə və müdafiə tədbirlərinə görə məsuliyyəti öz üzərinə götürməyə hazır olduqlarını və qabiliyyətlərini nümayiş etdirirlər.
Alman-Hollandiya Korpusu artıq hərbi təlimlərin təşkili və əlaqələndirilməsi, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindən məsul olacaq. İndiyə qədər bu məsuliyyət Polşadakı NATO Komandanlıq Mərkəzinin üzərinə düşürdü.





Oxşar
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
İnvestorları narahat edən əsas risklər