Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib
15-17 may 2026-cı il tarixlərində İstanbulun Marmara Universiteti Siyasi Elmlər Fakültəsində Türk Dünyası Yörük Türkmən Birliyinin əməkdaşlığı və Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, TİKA və YTB-nin dəstəyi ilə “Türk dostluğunun təməllərinə əsaslanan siyasətlər inkişaf etdirmək” mövzusunda 3-cü Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi keçirilib. Həmin beynəlxalq Konqresdə iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk təliminin sosial-fəlsəfi mahiyyəti: insanlıq və dünyəvilik” mövzusunda məruzə edib.
Faiq Ələkbərli məruzəsində bildirib ki, son əsrlərdə Türk,Türklük, Türkçülük anlayışları daha çox milliyyət, millət, millətçilik kimi önə çıxsa da, ancaq onun əsil mahiyyəti sosial-fəlsəfi xarakter daşıyır. Bu anlayışlar mahiyyət etibarilə insanlıq fəlsəfəsi ilə bağlı olub ədalətliliyi, sosial bərabərliyi, humanizmi və s. əks etdirir.
Qeyd edək ki, beynəlxalq konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Yaponiya, Hindistan, ABŞ, Kanada, İtaliya və digər ölkələrdən 100-ə yaxın elm adamları, tədqiqatçılar iştirak ediblər.





Oxşar
Rubio Mərkəzi Asiya ölkələrinə səfər edəcək
Budapeşt və Kiyev razılığa gəldi
MI6 kəşfiyyatının keçmiş rəhbəri vəfat edib
İran və ABŞ əlaqələrini kəsməyib - Əraqçi
ABŞ Qrenlandiyanı əldə etmək fikrindən əl çəkməyib - Rubio
Küveyt hava limanına Patriot raketi atılıb
İDDİA: Tramp və Netanyahu İranla bağlı fikir ayrılığına düşüblər
Zelenski Putinlə "elə indi" birbaşa danışıqlara hazır olduğunu açıqlayıb