Faiq Ələkbərli “Türk xalqları eposlarında fəlsəfi təfəkkür (Manas eposu nümunəsində)” mövzusunda məruzə edib
27 fevral 2026-cı il tarixində Qırğızıstanın Oş Dövlət Universitetinin Maliyyə-Hüquq Kolleci tərəfindən”Türk Dünyasının ədəbi təhsil məkanı: fəlsəfi aspektlər və tədrisin yeni texnologiyaları” mövzusunda beynəlxalq onlayn vebinar keçirilib.
Çağrı.az xəbər verir ki, Qırğızıstanın Oş Dövlət Universitetinin Maliyyə-Hüquq Kollecinin Təbiət fənləri kafedrasının əməkdaşı, filologiya elmləri namizədi Bazargül Apışova bildirib ki, vebinarın əsas məqsədi Türk dünyası xalqlarının ədəbi irsinin, fəlsəfi düşüncəsinin və mənəvi dəyərlərinin müasir təhsil məkanına inteqrasiyası məsələlərini müzakirə etmək, ədəbiyyatın tədrisində innovativ pedaqoji metodlardan, rəqəmsal texnologiyalardan və interaktiv platformalardan istifadə etməklə tədrisin keyfiyyətini artırmağın yollarını müəyyən etməkdir.
Həmin beynəlxalq onlayn vebinarda əsas məruzəçı kimi iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk xalqları eposlarında fəlsəfi təfəkkür (Manas eposu nümunəsində)” mövzusunda məruzə edib.
Faiq Ələkbərli qeyd edib ki, Türk xalqlarının ədəbiyyatı vasitəsilə milli şüurun, mədəni kimliyin və bütövlükdə Türk sivilizasiyasının birliyinin gücləndirilməsinə yönəlmiş elmi və metodoloji təcrübə mübadiləsini təmin etmək lazımdır.
Onun sözlərinə görə, qədim Türk eposları, o cümlədən Manas eposu buna ən yaxşı nümunələrdən biridir. Belə ki, Manas eposu yalnız bir qəhrəmanlıq dastanı deyil, eyni zamanda Türk xalqlarının fəlsəfi təfəkkürünü ifadə edən dəyərli bir əsərdir.





Oxşar
İran və Qətər xarici işlər nazirləri arasında telefon danışığı olub
Tramp İranla müharibəyə qarşı çıxan amerikalıları axmaq adlandırdı
Erkən seçkilər Türkiyənin gündəmində deyil - Ərdoğan
Qlobal iqtisadi böhran riski - VİDEO
Buraxılış imtahanı keçirilib, 4 şagirddə telefon aşkarlanıb
Şamaxıda mart qırğını və İsmayıl xan Ziyadxanov
Beşinci “Stratcom Summit 26” keçirilir
Türk Dünyasının Son 30 Yılı: Mesafe ve Dönüşüm