Faiq Ələkbərlinin milli ideologiyaya aid çoxcilidli əsərinin III cildi işıq üzü görüb
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” adlı çoxcilidli əsərinin III cildi “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Çağrı.az xəbər verir ki, kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Əli Abasov və tarix elmləri doktoru Eynulla Mədətli, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovdur.
Faiq Ələkbərli çoxcilidli əsərin 3-cü cildində XX əsrin sonu, XXI əsrin I rübündə Azərbaycanda və Türk dünyasında gedən fəlsəfi və siyasi-ideoloji prosesləri tədqiq etmişdir. Özəlliklə, milli ideya və ideyaların çağdaş dövrdə Azərbaycanda və Türk dünyasında nə dərəcədə akutallığı məsələsi araşdırılmış, yeni fikirlər (klassik azərbaycançılıq, postklassik azərbaycançılıq, türkçülük təlimi) irəli sürülmüşdür. Eyni zamanda, monoqrafiyanın üçüncü cildində Azərbaycançılıq, Bütöv Azərbaycançılıq, Türkçülük ideyaları ilk dəfə sistemli şəkildə tədqiqata cəlb edilmişdir.
Monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya və başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin – bakalavrların, magistrlərin, doktrantların, elmi işçilərin, müəllimlərin, eyni zamanda geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulur.





Oxşar
Müasir Azərbaycan ədəbiyyatında gənclərin rolu - Müsahibə
SƏN VARSAN DÜNYADA...
Heç düşünmüsünüzmü, dilimizdəki “öyrənmək" fəaliyyəti ilə “ana" sözü arasında hansı gizli bağ var?
Mübariz Yunus qiraət gecəsi: 3 May və şəhidlər anılıb
Öksüz, yaxud son busə - Əli bəy Hüseynzadə
Mən dünyanın bir üzüyəm
Qarşılıqlı dünyadayıq...
Gələcəyə atılan oxlar ...