FHN "Bakı Metropoliteni"ndə təlim keçirib
Fövqəladə Hallar Nazirliyi və "Bakı Metropoliteni" QSC metronun "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarında taktiki-xüsusi təlim keçiriblər.
Çağrı.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, təlimin mövzusu "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili"ndən ibarət olub.
Əvvəlcə, FHN-in "112" qaynar telefon xəttinə metronun "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arası 1-ci yol mənzilində yerləşən şaxtanın idarəetmə şkafında şərti qısaqapanmadan "yanğın" baş verməsi barədə "məlumat daxil olub" və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən, əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və "yanğına ilkin müdaxilə" işləri həyata keçirilib.
FHN-nin mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın "söndürülüb", xilasetmə vasitələri tətbiq edilməklə "zərərçəkmişlər ilkin yardım" göstərilməklə təxliyə olunublar.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, FHN və metropolitenin əməkdaşları arasında mövzu üzrə fikir mübadiləsi aparılıb.
Təlimə FHN-nin ümumilikdə 7 ədəd texnikası və 44 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: