FHN rəsmisi: Müasir şəhərsalma yanaşması binaların təhlükəsiz istismarının təmin olunmasıdır
Müasir şəhərsalma yanaşması təkcə gözəl estetik binaların tikilməsi deyil, həmçinin onların təhlükəsiz istismarının da təmin olunmasıdır.
Çağrı.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev deyib.
O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar "Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti" mövzusunda "dəyirmi masa" təşkil olunub:
"Tədbirdə müasir şəhərlərin təhlükəsizliyi məsələlərinə toxunulub. Müzakirələr zamanı sürətli urbanizasiya prosesinin getməsinin, iri miqyaslı tikintilərin, o cümlədən hündür mərtəbəli yaşayış binalarının, iri ticarət və logistik mərkəzlərinin, enerji infrastrukturu obyektlərinin sayının artımı, fövqəladə hadisələrin baş vermə ehtimallarının artması xüsusi qeyd olunub. Müasir şəhərsalma yanaşması təkcə gözəl estetik binaların tikilməsi deyil, həmçinin onların təhlükəsiz istismarının da təmin olunmasıdır. Bu kontekstdə dövlət nəzarəti fövqəladə hallara davamlı infrastrukturun qurulmasına xidmət edir. Bu gün keçirilən tədbirdə şəhərsalma forumunda iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının təklifləri dinlənildi, koordinasiyalı fəaliyyətin daha da təkmilləşdirilməsində müvafiq qərarlar qəbul olundu".





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər