Telefon
WhatsApp
Fidan: Türkiyə Rusiya-Ukrayna sülh danışıqlarının başlanmasını istəyir
300 X 250 Reklam Alanı

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ukraynada hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasını və tərəflər arasında hərtərəfli danışıqların başlanmasını istədiyini bildirib.

Çağrı.az xəbər verir ki, o, bu açıqlamanı Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında verib.

"Ukraynada davam edən müharibəni, onun nəticələrini və təhlükəli yayılma riskini müzakirə etdik. Rusiyaya son səfərimdən təəssüratlarımı və həmkarlarımızın təmaslarından sonra qiymətləndirmələrimi bölüşdüm. Bu gün bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Məqsədimiz və istəyimiz müharibəni mümkün qədər tez bitirmək və hərtərəfli sülh danışıqlarına başlamaqdır. Və bu məsələdə Qırğızıstanla yekdilik", - deyə o qeyd edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!