Telefon
WhatsApp
Fidan: Türkiyə Ukrayna ilə bağlı diplomatik prosesdəki çıxılmaz vəziyyətdən narahatdır
300 X 250 Reklam Alanı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna və cəbhə xəttindəki vəziyyətlə bağlı diplomatik prosesdəki dalana dirənmədən narahatlığını bildirib.

Çağrı.az xəbər verir ki, o, bu açıqlamanı Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda keçirilən 10-cu üçtərəfli görüşündən sonra verib.

"Biz diplomatiya və dialoqu dəstəkləməyə davam edəcəyik. Şimalımızda davam edən müharibə bütün bölgəmizin təhlükəsizliyinə birbaşa təsir göstərir. Rusiya-Ukrayna müharibəsində sülhə nail olmağın bölgəmizin sabitliyi və təhlükəsizliyi üçün vacib olduğuna inanırıq. Diplomatik prosesin və sülh səylərinin qətiyyətlə davam etdirilməsini tələb etdiyinə əminik. Hamımız döyüş meydanında və diplomatik prosesdə mövcud çıxılmaz vəziyyətdən narahatıq", - deyə o bildirib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!