Fransanın təşəbbüsü: Avropa Rusiya ilə dialoqu yeniləməyə çalışır
Fransanın təkidi ilə Avropa ölkələri Rusiya ilə dialoqu yeniləmək üçün imkanlar axtarır, ABŞ isə Ukrayna münaqişəsindən bezib.
Çağrı.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazıb.
Qəzet qeyd edir ki, dəfələrlə Moskva ilə əlaqələri bərpa etmək niyyətində olduğunu bildirən Fransa prezidenti Emmanuel Makron bəzi Avropa tərəfdaşlarının tənqidlərinə baxmayaraq, artıq bu mövqeyi müdafiə edən tək rəhbər deyil.
Qəzet vurğulayır ki, Fransa liderinin diplomatik müşaviri Emmanuel Bonnenin fevral ayında Moskvaya səfəri kimi əvvəlki cəhdlər uğursuz olsa da, Avropa hələ də Moskva ilə dialoqu bərpa etməli olduğunu anlayır.
"Le Monde" qəzeti Avropa Şurasının prezidenti António Kostaya yaxın mənbəyə istinadən yazır ki, Avropanın mövqeyində dəyişiklik olub. Bundan əlavə, qəzet yazır ki, Ukraynanın özü də müttəfiqlərini eyni şeyi etməyə çağırır.
Nəşrn qeyd edir ki, Avropa Rusiya ilə NATO arasında saxlanılan kommunikasiya kanalına əlavə olaraq, Rusiya ilə siyasi ünsiyyət kanalı açmaq niyyətindədir. Qəzet yazır ki, avropalılar diqqəti İran cəbhəsinə yönəlmiş ABŞ prezidenti Donald Trampın getməsi ilə yaranan boşluğu doldurmalıdırlar.
Rusiya ilə dialoq üçün yüksək vəzifəli nümayəndənin təyin edilməsi ideyası bir neçə həftədir ki, Avropa diplomatik qurumlarında müzakirə olunur: "Lakin, "köhnə dünya"nın ləngliyini lağa qoyan Rusiya belə bir elçini ciddiyə almamaq riskini daşıyır. Parisdə Moskvanın bürokratla danışıqlar aparmayacağına inanmaq meyli var".





Oxşar
Rubio Mərkəzi Asiya ölkələrinə səfər edəcək
Budapeşt və Kiyev razılığa gəldi
MI6 kəşfiyyatının keçmiş rəhbəri vəfat edib
İran və ABŞ əlaqələrini kəsməyib - Əraqçi
ABŞ Qrenlandiyanı əldə etmək fikrindən əl çəkməyib - Rubio
Küveyt hava limanına Patriot raketi atılıb
İDDİA: Tramp və Netanyahu İranla bağlı fikir ayrılığına düşüblər
Zelenski Putinlə "elə indi" birbaşa danışıqlara hazır olduğunu açıqlayıb