Gürcüstan Prezidenti Qazaxıstanda işgüzar səfərdədir
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Qazaxıstanın paytaxtı Astanada işgüzar səfərdədir.
Çağrı.az xəbər verir ki, M. Kavelaşvili Astanada regional ekoloji sammitdə iştirak edəcək.
Prezidentin sammitin plenar iclasında çıxışı planlaşdırılır. Birləşmiş Millətlər Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində keçirilən forumda iqlim dəyişikliyinin yaratdığı çağırışlar müzakirə olunacaq. Eyni zamanda, dənizə çıxışı olmayan ölkələr üçün mühüm olan nəqliyyat və bağlantı məsələlərinə də toxunulacaq.
Zirvə toplantısında Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Monqolustan və Ermənistan prezidentləri, eləcə də Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edir. Forumda müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin də çıxışı gözlənilir.
Səfər çərçivəsində Mixeil Kavelaşvili ilə Kasım-Jomart Tokayev arasında görüşün keçirilməsi planlaşdırılır.
Gürcüstan Prezidentini səfərdə ətraf mühit və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, Prezident Administrasiyasının rəhbəri Ketevan Kvinikadze və xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili müşayiət edir.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər