Telefon
WhatsApp
Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlıq müqaviləsi imzaladılar
300 X 250 Reklam Alanı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar.

Çağrı.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini əks etdirən birgə bəyannaməni Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıblar", - deyə bəyanatda bildirilir.

Sənəd Kobaxidzenin Qazaxıstana rəsmi səfəri zamanı Astanada imzalanıb. Hökumət rəsmiləri arasında danışıqlardan sonra mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində də memorandumlar imzalanıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!