Gürcüstan XİN rəhbəri: İranın Naxçıvana dron hücumundan narahatıq
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Çağrı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı nazirlər İranın ölkəmizə qarşı dron hücumları nəticəsində yaranmış vəziyyəti müzakirə ediblər.
Ceyhun Bayramov həmkarına martın 5-də İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları barədə məlumat verib.
Nəticədə Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına zərər dəyib, mülki şəxslər xəsarət alıb. Həmçinin dronlardan biri Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Ceyhun Bayramov Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu və regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.
Azərbaycan tərəfinin baş vermiş hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini, müvafiq izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsini tələb etdiyi diqqətə çatdırılıb.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili baş vermiş hadisə ilə bağlı narahatlığını ifadə edib və regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini qeyd edib.
Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.





Oxşar
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Türkiyəli deputatlar Milli Məclisdə olublar
Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik edib
Tramp: İyunda Azərbaycanla Ermənistan arasında keçiriləcək sülh müzakirələrini səbirsizliklə gözləyirik
San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib