Telefon
WhatsApp
Hindistanda daşqınlardan 22 mindən çox insan zərər çəkib
300 X 250 Reklam Alanı

Hindistanın Assam və Arunaçal Pradeş ştatlarında günlərlə davam edən güclü yağışlar daşqınlara səbəb olub. Sonuncu ştatda üç nəfər ölüb.

Çağrı.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Məlumata görə, ümumilikdə 22.120 sakin fırtınadan zərər çəkib.

Daşqınlar altı rayona təsir göstərib. Ən çox itki verən Dhemaji rayonu olub və 15.400 nəfər zərər çəkib.

Yerli hakimiyyət orqanları daşqın sularının 96 kəndi su altında qoyduğunu və təxminən 1690 hektar kənd təsərrüfatı sahəsinə ziyan vurduğunu bildirib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!