İİKK: İran ABŞ infrastrukturuna hücumlarda təmkinli olmayacaq
"ABŞ və İsrailin İslam Respublikasının enerji infrastrukturuna hücumlarından sonra İran Silahlı Qüvvələri Yaxın Şərqdə Amerika infrastrukturuna qarşı cavab zərbələri endirməkdə artıq təmkinli olmayacaq".
Çağrı.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat verib.
"ABŞ-ın regional müttəfiqləri də bilməlidirlər ki, bu günə qədər mehriban qonşuluq prinsiplərinə əsaslanaraq xeyli təmkin nümayiş etdirmişik və cavab hədəflərinin seçilməsində müəyyən məhdudiyyətləri nəzərə almışıq, lakin bundan sonra bütün bu məhdudiyyətlər aradan qaldırılıb", - məlumatda bildirilib..
İİKK vurğulayıb ki, onlar Amerika enerji obyektlərinə elə bir düzəlməz ziyan vuracaqlar ki, ABŞ və tərəfdaşları uzun illər Yaxın Şərqdə qaz və neftə çıxışını itirəcəklər.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər