İlham Əliyev: Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik
Azərbaycanda gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılmasını elan edəcəyik.
Çağrı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə deyib.
"Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq", - Azərbaycan lideri vurğulayıb.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?