İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk
Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkə hesabında Çexiyanın Baş naziri Andrey Babişin paylaşımı bölüşülüb və Qəbələdə aparılan müzakirələrə görə təşəkkür yer alıb.
Çağrı.az xəbər verir ki, A. Babişin Avropa İttifaqı (Aİ) hüdudlarından kənara ilk səfərinin Azərbaycana həyata keçirilməsi xüsusi vurğulanıb.
"Baş nazir Andrey Babiş, rəsmi səfərinizə və bu gün Qəbələdə apardığımız məzmunlu müzakirələrə görə təşəkkür edirəm. Bunun sizin Aİ hüdudlarından kənara ilk rəsmi səfəriniz olması ikiqat şərəflidir", - paylaşımda bildirilib və əlavə edilib ki, siyasi münasibətlər möhkəmdir və bugünkü fikir mübadilələri Azərbaycan ilə Çexiya arasında əlaqələrin daha da dərinləşdirilməsinə ümumi sadiqliyi bir daha təsdiqləyib:
"Ticarət dövriyyəmiz artıq sabit səviyyədə olsa da, biz iqtisadi əməkdaşlığımızın daha da strukturlaşdırılması və şaxələndirilməsi üçün aydın potensial görürük. Səfər çərçivəsində keçirilən və işgüzar dairələrimizin nümayəndələrini bir araya gətirən biznes-forum bu istiqamətdə atılmış mühüm addımdır. Biz birgə hökumətlərarası iqtisadi komissiyanın səviyyəsini yüksəltmək qərarına gəldik ki, bu da xüsusilə energetika, sənaye və digər əsas sektorlarda daha səmərəli əlaqələndirməyə kömək edəcək. Biz həmçinin müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək inkişafı üçün yaxşı perspektivlər görürük. Çexiyaya səfər etmək barədə nəzakətli dəvətinizi məmnuniyyətlə qəbul edirəm və dostluğunuza və tərəfdaşlığınıza görə sizə bir daha təşəkkür edirəm".





Oxşar
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Türkiyəli deputatlar Milli Məclisdə olublar
Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik edib
Tramp: İyunda Azərbaycanla Ermənistan arasında keçiriləcək sülh müzakirələrini səbirsizliklə gözləyirik
San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib