İlham Əliyev Qırğızıstana səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfər edəcək.
Çağrı.az xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Adılbek Kasımaliyev bildirib ki, Qırğızıstan Azərbaycanla qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə böyük dəyər verir:
"Biz Sizin Qırğızıstana gözlənilən tarixi dövlət səfərinizə böyük əhəmiyyət veririk. Sevindirici haldır ki, bugünkü görüşümüz ölkələrimizin TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyini təsdiq edir. Əminəm ki, ticarət, nəqliyyat və logistika sahələrində olan layihələr bundan sonra da dövlətlərimizin dayanıqlı inkişafına xidmət edəcək. Həqiqətən də bizim ölkələrimizin qarşılıqlı maraq doğuran bütün sahələrdə yaxşı imkanları var".





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?