İlham Əliyev Şavkat Mirziyoyevlə telefonla danışıb
Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında martın 19-da telefon danışığı olub.
Çağrı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev dövlət başçısını və qardaş Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xalqımıza ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, öz növbəsində Şavkat Mirziyoyevi və qardaş özbək xalqını bayramlar münasibətilə təbrik edib, Özbəkistana gələcəkdə də firavanlıq və rifah arzulayıb.
Telefon söhbəti zamanı həmçinin Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq bildirilib.
Azərbaycan və Özbəkistan prezidentləri Yaxın Şərqdəki mövcud vəziyyətdən narahatlıqlarını ifadə edib, gərginliyin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.
Telefon danışığı əsnasında, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə və gələcək təmaslara dair fikir mübadiləsi aparılıb.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?