İndoneziya Rusiyadan neft idxalına əlavə qaydalar tətbiq edəcək
İndoneziya hakimiyyəti Rusiyadan neft idxalına əlavə qaydalar tətbiq etmək niyyətindədir, çünki dövlətə məxsus yanacaq şirkəti "Pertamina" xarici investorlardan istiqraz maliyyələşdirməsi alır.
Çağrı.az xəbər verir ki, bu barədə Asiya respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyinin sözçüsü Laode Süleyman bildirib.
"Rusiyadan neft idxalı üçün əlavə qaydalar tətbiq edəcəyik. "Pertamina" əməliyyatlar üçün xarici istiqrazlardan asılıdır. Bu istiqrazlarla bağlı problem yarada biləcək hərəkətlərdən çəkinməlidir, ona görə də yeni idxal sxemi hazırlanır", - deyə "Antara" xəbər agentliyi onun sözlərini sitat gətirib.
Qeyd olunur ki, İndoneziya hakimiyyəti Rusiya neftini idxal etməyin iki yolunu nəzərdən keçirir: dövlət müəssisəsi vasitəsilə birbaşa alış və ya əhaliyə xidmət göstərən şirkət vasitəsilə idxal.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər