İndoneziya vulkan püskürdü: 20 turist itkin düşdü
İndoneziya xilasediciləri Halmahera adasında (Şimali Maluku əyaləti) Dukono vulkanının püskürməsi zamanı itkin düşmüş 20 turistin yerini müəyyən etmək və xilas etmək üçün axtarış-xilasetmə əməliyyatı aparırlar.
Çağrı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatında polis də daxil olmaqla onlarla təcili yardım xidməti iştirak edir. Vulkan püskürməsi zonasında olan turistlər arasında doqquz nəfərin Sinqapur, qalanlarının isə İndoneziya vətəndaşları olduğu qeyd olunur.
Yerli hakimiyyət orqanları sakinləri və turistləri vulkanın kraterindən 4 km radiusda qalmağa çağırıb və mütəxəssislər yağış yağacağı təqdirdə vulkanik palçıq riski barədə xəbərdarlıq ediblər.
Daha əvvəl İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi Sakit Okean və Avstraliya litosfer plitələrinin qovşağında yerləşən Dukono vulkanının püskürmə zamanı dəniz səviyyəsindən 11,1 km yüksəklikdə kül buraxdığını bildirmişdi.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər