İran ABŞ ilə danışıqlar üçün 3 mərhələli plan təqdim edir - KİV
İran vasitəçilərə üç mərhələli plan təqdim edib və bu plana əsasən, ABŞ ilə danışıqlar aparmağa hazırdır.
Çağrı.az xəbər verir ki, bu barədə "Al Mayadeen" televiziyası məlumat yayıb.
"İran tərəfi danışıqların birinci mərhələsinin müharibənin bitməsinə, İran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin alınmasına yönəlməsini tələb edir. Tehranın şərtlərinə görə, bu mərhələdə başqa heç bir məsələ müzakirə olunmayacaq. Bu məsələ ilə bağlı razılıq əldə olunarsa, ikinci mərhələdə "müharibə bitdikdən sonra "Hörmüz" boğazının idarə olunması məsələsi" Oman tərəfi ilə əlaqələndirilərək müzakirə olunacaq", - məlumatda bildirilib.
İranın təklifinə görə, üçüncü mərhələ Tehranın nüvə dosyesinə aid olacaq.
Kanalın vurğuladığı kimi, İran tərəfi ilk iki mərhələ üzrə razılıq əldə olunana qədər bu məsələni müzakirə etməkdən imtina edir.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər