İran ABŞ ilə danışıqlarda güzəştə getməyəcəyini bildirib
"İranla bağlı məqsədlərinə hərbi cəhətdən nail ola bilməyən ABŞ indi danışıqlar masasında məqsədlərinə çatmağa çalışır, lakin Tehran güzəştə getmək istəmir".
Çağrı.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti İsmail Səqqab İsfahani bildirib.
"Düşmən heç bir məqsədinə çata bilmədi. Belə bir şəraitdə onun danışıqlar tələb etməsi tamamilə təbiidir. Düşmən özünü supergüc kimi hiss etdi və heç bir nəticə verməyən müharibəyə girdi. Hərbi əməliyyatları üç-dörd gün ərzində bitirmək niyyətində idi, lakin özünü çıxılmaz vəziyyətdə tapdı. İndi döyüş meydanında əldə edə bilmədiyi şeyə danışıqlar yolu ilə nail olmağa çalışır", - o qeyd edib.
İsfahani ölkəsinin danışıqlar prosesində güzəştə getməyəcəyini vurğulayıb.
"İranın cavabı aydındır: döyüş meydanında qəbul etmədiyi şeyi danışıqlar masasında qəbul etməyəcək", - diplomat əlavə edib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər