Telefon
WhatsApp
İran hakimiyyəti mart ayında gəmilərlə bağlı 54 hadisə qeydə alıb
300 X 250 Reklam Alanı

İranın ərazi sularında 50-dən çox dəniz təhlükəsizliyi qaydalarının pozulması halı qeydə alınıb, nəticədə 20 nəfər ölüb, 22 nəfər yaralanıb.

Çağrı.az xəbər verir ki, bu barədə İran hakimiyyəti Beynəlxalq Dəniz Təşkilatına (IMO) göndərdiyi sənəddə bildirib.

Məktubda 2-25 mart tarixləri arasında 54 gəmi ilə bağlı hadisənin qeydə alındığı, bunlardan 21-nin batdığı, daha 22-sinin isə ciddi ziyan gördüyü qeyd edilib.

Sənəddə qeyd olunur ki, hadisələr səkkiz sərnişin gəmisi, səkkiz yedək gəmisi, altı özəl və balıqçı gəmisi, beş ticarət gəmisi və üç axtarış-xilasetmə gəmisi və digərləri ilə əlaqəli olub. Ən çox hadisə, 11-i, 20 martda baş verib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!