İran–İsrail qarşıdurması: kim qalib, kim məğlub? – Politoloq cavabladı
Fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə Yaxın Şərqdə bitmək bilməyən xaos yeni mərhələyə qədəm qoydu. Bu dəfə proksi qüvvələr deyil, həmin proksi qüvvələri dəstəkləyən dövlətlər birbaşa toqquşdular və bu, özü ilə yeni risklər ortaya çıxardı.
Bəs müharibənin qalibi kimdir və nələr gözlənilir?
Çağrı.az mövzu ilə bağlı politoloq Samir Hümbətovun fikirlərini öyrənib.

Politoloq bildirib ki, mövcud vəziyyətə obyektiv yanaşsaq, demək olar ki, hazırda bu müharibənin qalibi yoxdur:
"Çünki tərəflər – həm İran, həm də İsrail – qarşılıqlı şəkildə zərbələr endirir və ciddi itkilər verirlər. İranın dini lideri, müdafiə naziri, Baş Qərargah rəisi və digər yüksək rütbəli şəxslər öldürüldü. İrana atılan raketlər nəticəsində onlarla məktəbli öldürüldü.
Bu faktlar göstərir ki, İranda ciddi itkilər mövcuddur. Lakin paralel olaraq İsraildə də vəziyyət sabit deyil və orada da əhəmiyyətli zərbələr qeydə alınıb. İranın İsrailin müəyyən hərbi və strateji obyektlərini hədəfə alması gərginliyin daha da artmasına səbəb olub. Əgər proses bu templə davam edərsə, münaqişənin daha geniş miqyas alması ehtimalı yüksəkdir".
Samir Hümbətovun fikrincə, İran nüvə proqramı məsələsində müzakirələrə daxil olmaq istəmir: "İran beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, məndə nüvə silahı yoxdur. Amma reallıq budur ki, nüvə silahı əldə etmək üçün uranın zənginləşdirilməsi kifayət qədər artıb. Bu da o deməkdir ki, əgər İran nüvə proqramını həyata keçirməyə başlayarsa, bu İsrail üçün ciddi təhdid olacaq. Belə olduğu halda İsrail və ABŞ İrana qarşı basqıları artıra bilər".
Politoloq İranın Hizbullah qruplaşması üzərindəki təsirindən də danışıb: "Hizbullah məsələsində İran ehtiyatlı davranır. Hizbullah və İran arasında loqistik imkanlar məhduddur. Əvvəllər vəziyyət daha rahat idi. Çünki İran Suriya üzərindən Livana hərbi texnika göndərə bilirdisə, indi bu imkanlar məhdudur. Eyni zamanda, Hizbullahın bütün hərəkətləri İsrail tərəfindən ciddi izlənilir. Buna görə də İran Hizbullahı geridə saxlamağa çalışırmış kimi görünür. Lakin İran ən ağır döyüş şəraitində onun dəstəyindən istifadə edə bilər. Bu da İranın proksi quruplarından ən son anda istifadə etməklə özünü vəziyyətdən çıxarmaq siyasətinin tərkib hissəsi kimi başa düşülə bilər".
İlahə Hacıyeva





Oxşar
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Regionda sabitlik Azərbaycan üçün strateji prioritetdir - Ekspert
Azərbaycan və Pakistan XİN başçıları İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümidlərini ifadə ediblər
Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər
Litvanın Baş naziri Azərbaycana səfərə gəlib
İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
Azərbaycanda texniki reqlamentə uyğun olmayan mallara qarşı nəzarət qaydaları təsdiqlənib
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb